İQNA Quran agentliyinin “Əl-Aləm” saytına istinadən məlumat verir ki, Ali Səud və Ali Xəlifə rejiminin hərbiçiləri aprelin 17-də Bəhreynin şimalında yerləşən Səlmabad regionunda İmam Əli (ə) məscidinə hücum edib və məscidi dağıdıblar.
Bəhreynin 14 fevral İnqilabının gənclər koalisiyası Avropa Birliyindən Ali Səud və Ali Xəlifə rejiminin hərəkətlərinin dayandırılması məqsədi ilə bu rejimlərə qarşı təzyiqlər göstərməsini tələb edib. Koalisiya həmçinin Bəhreyn xalqını gecələr “Allahu Əkbər” şüarları səsləməyə və baş vermiş hadisələri beynəlxalq KİV-lərdə yayımlamaq üçün foto və videolar çəkməyə çağırıb.
Bəhreyn xalqına dəstə komissiyasının üzvi Həsək Əl-Təriki bildirib ki, Avropadan bir qrup vəkil və insan haqları təşkilatı Bəhreyn xalqını qətliam edənləri beynəlxalq Haaqa məhkəməsinə verməyə hazır olduqlarını deyib. 776196