İQNA Quran agentliyinin “Məa” saytına istinadən məlumatına əsasən, HƏMAS bu Quran mərkəzini hərəkatın sabiq liderlərindən olan Əbdüləziz ƏL-Rəntinin şəhadətinin il dönümündə təsis edib.
HƏMAS-ın bəyanatında deyilir ki, gəlcəkdə bu mərkəzdən çoxlu gənclər Quran elmləri və digər elmlər öyrənəcəklər. Onlar Quran əzərləyəcək və digər texnologiyalar sahəsində məharətlər əldə edəcəklər.
ƏL-Rəntini Quran Elmləri Mərkəzinin tikintisi üçün yardım toplama komitəsinin sədri İmən Yusif deyib ki, mərkəz 400 kv.metr ərazidə Xan Yunis şəhərində gənclərə Quran elmləri öyrədilməsi məqsədi ilə tikilib.
O əlavə edib ki, mərkəzin tikintisi iki fazada həyata keçirilib. Birinci fazanın tikintisi üçün 8674 dollar və ikinci mərhələnin tikintisinə 13494 dollar həcmində vəsait sərf olunub. 777042