IQNA

Fransada “Tövhid” adlı internet televiziya istifadəyə verilib

23:22 - April 24, 2011
Xəbər sayı: 2111254
Beynəlxalq şöbə: Fransa Müsəlman Gənclər Birliyinin təşəbbüsü ilə “Tövhid” adlı internet televiziyası təsis olunub.
İQNA Quran agentliyinin “ujm” saytına istinadən məlumatına əsasən, internet televiziyasını təsis etməkdən məqsəd, Fransa Müsəlman Gənclər Birliyinin (FMGB) proqramları, iclasları və konfranslarını yayımlamaqdır.
FMGB-nin bəyanatında bildirilir ki, müsəlman bacı və qardaşlarımızın İslam dinin təlimlərinin təbligi və birliyin fəaliyyətinin işıqlandırılmasını məqsədi ilə bizə müraciətlərini nəzərə alaraq qərara alındı ki, “Tövhid” internet televiziyası təsis olunsun. Bundan sonra dini məsələləri öyrənmək istəyən şəxslər həmin internet adresə müraciət edə bilərlər.
Qeyd edək ki, hələlik sınaq müddəti üçün istifadəyə verilib və birlik tez bir zamanda həmn televiziyanın proqramlarını zənginləşdirməyə çalışacaqlar. 779778
captcha