IQNA

Fransada yenidən məscidə hörmətsizlik olunub

0:21 - May 19, 2011
Xəbər sayı: 2124826
Beynəlxalq şöbə: Fransanın Şampaqnole (Champagnole ) şəhər məscidinə bir neçə nəfər naməlum şəxs hücum edib və məscidin divarlarına islama zidd şüarlar yazıblar.
İQNA Quran agentliyinin “leprogres” saytına istinadən məlumatına əsasən, Fransa İslami Təşkilatların bu ölkənin rəsmilərinə bəzilərinin islamofobiya səyləri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, hər gün keçdikcə Fransanın müxtəlif şəhərlərində müsəlmanlara qarşı müxtəlif növ hücumlar olunur.
Fransa dövlətinin ikili siyasətlərindən sui istifadə edən bir qrup ifratçı və naməlum şəxs axşamlar məscidlərə hücum edir və “Fransa fransızlarındır”, “müsəlmanlara və ərəblərə ölüm” kimi şüarlar məscid divarlarına yazırlar.
Əl-Hicrət İslami Birliyi və Şampaqnole şəhər icra başçılığı məscidə hörmətsizlik edənlər barəsində şikayət ərizəsi təqdim ediblər. 794220
captcha