Beynəlxalq şöbə: Fransa Milli Cəbhə Partiyasının Mərkəzi Şurasının sabiq üzvi Marc George illər boyu İslam əleyhinə siyasi fəaliyyətdən sonra , patiyadan ayrılıb və İslam dinini rəsmi şəkildə qəbul edib.
İQNA Quran agentliyinin “chretiente” saytına istinadən məlumatına əsasən, Fransanın Milli Barışıq və Qardaşlıq Təşkilatının sabiq baş katibi və www.medialibre.eu saytının direktoru Marc George öz internet səhifəsində bəyanat yayaraq İslam dinini qəbul etdiyini bildirib.
George Fransada radikal sağçı Milli Cəbhə Partiyasında illər boyu İslama qarşı fəaliyyətlərdən sonra partiyadan ayrılıb və www.medialibre.eu saytını istifadəyə verib. Həmin internet səhifəsi dünyada baş verən hadisələr xüsusi ilə Fələstinlə bağlı xəbərləri davamlı şəkildə işıqlandırır. George illər boyu İslama qarşı fəaliyyətləri dövründə İslam dinin haqq din olduğunu anlamasına səbəb olub və bu dini qəbul edib. 806966