IQNA

Ankarada Imam Əli (ə) mövlud günü münasibəti ilə bayram şənliyi təşkil olunacaq

21:50 - June 15, 2011
Xəbər sayı: 2139011
Mədəniyyət və incəsənət şöbəsi: İran İslam Respublikasının Ankaradakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əmirəlmöminin İmam Əli (ə) mövlud günü münasibəti ilə bayram şənliyi təşkil olunacaq.
İQNA Quran Agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, bayram şənliyi iyun ayının 16-da İmam Əli (ə) mövlud günü yerli vaxtla saat 20:30-da İranın Ankaradakı Mədəniyyət Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, mərasimdə höccətül-islam Həsən Şəbani müttəqilərin mövlası həzrət İmam Əli (ə) əxlaqı fəziləti və şəxsiyyəti haqqında çıxış edəcək. 809347

captcha