İQNA Quran agentliyinin “saphirnews” saytına istinadən məlumatına əsasən, Fransa Müsəlmanlar Şurası bu ölkədə halal məhsullar istehsalı qaydaları üçün nizamnamə hazırladıqdan sonra Kanada Ərzaq Məhsullarına Nəzarət Təşkilatı da oxşar nizamnamənin hazırlanmasına qərar verib.
Nizamnamə hazırlandıqdan sonra Kandada ərzaq məhsulları istehsalçı şirkətlər Kanada ərzaq məhsullarına nəzarət təşkilatının nəzarəti ilə və nizamnamədə göstəriləcək qaydalara əməl edərək halal məhsullar istehsal edəcək.
Kanada Ərzaq Məhsullarına Nəzarət Təşkilatı ötən il halal məhsullar istehsalçı şirkətlərlə müzakirələr aparıb və onların Kanada standartlarına uyğun və ölkədə etibarlı Halal brendindən istifadə etməsinin zəruriliyini vurğulayıb.
Nizamnamənin hazırlanması və standartlara uyğyun halal məhsualrın istehsalı ilə Kanadada yaşayan müsəlmanların halal ərzaqlara ehtiyacı daha etibarlı təmin olunacaq.809061