İran Quran Xəbər Agentliyi (İQNA)-nin Əl-Cəzirəyə istinadən məlumatına əsasən, məhkəmə Polis Akademiyasında keçirilib. Mübarək və onunla birgə ittiham olunanların məhkəmə zamanı dəmir barmaqlıqlar arasında saxlanılıb. Mübarək korrupsiya və etirazçılara qarşı atəş açmaq əmri vermək ittihamları ilə üzləşib. Mübarək, ölkənin keçmiş daxili işlər naziri Habib əl-Adli, digər keçmiş yüksək vəzifəli altı məmur etirazlar zamanı 850 nəfərin ölümündə günahlandırılır. Əgər ittiham təsdiqlənsə, onlar edam cəzası ilə üzləşə bilərlər. Ayrıca Mübarək və onun iki oğlu korrupsiyada ittiham edilirlər.
Misirdə yanvar ayından başlayaraq polis və xalq arasında kütləvi iğtişaşlar baş verib. Baş verən kütləvi iğtişaşlar zamanı 900-ə yaxın insan ölüb, altı minə yaxını müxtəlif dərəcəli xəsarət alıb. Məhkəmə prosesini 600 jurnalist və kütləvi qırğınlarda şəhid olan şəxslərin ailələri yaxından izləyiblər. 836599