İqna Quran Xəbər Agentliyi (İQNA): Aimislam xəbər agentliyinin verdiyi məlumata görə, bu etiraz tədbiri Britaniyanın İslami İnsan Hüquqları Komissiyasının dəstəyi ilə BBC radio studiyasına yaxın bir yerdə keçiriləcək.
Bu böyük tədbirin gerçəkləşməsində İngiltərə İslam Mərkəzi, “Məscidül-Əqsa” İslam İttihadı, Avropa İslam Birliyi, Müsəlman Tələbələr İttihadı, Siyonizmə müxalif Yəhudilər Birliyi, Britaniya İslam İttihadı, Britaniya İslam Şurası və Şotlandiyanın Fələstinlə Həmrəylik Mərkəzi həmkarlıq edəcəklər. 843586