IQNA

Bəhreynli gənclərin şəhid edilməsi Ali-Xəlifənin terrorist olduğunu göstərir

13:17 - September 05, 2011
Xəbər sayı: 2181708
Beynəlxalq şöbə: Bəhreynin “İmam Sadiq (ə)” məscidinin imam-cüməsi Ayətullah İsa Qasim ölkədə həbs edilənlərin dərhal azad edilməsini tələb etməklə yanaşı bildirib kİ, Fitr bayramı günündə bəhreynli gənclərin şəhid edilməsi ölkə rəhbərinin terrorist olduğunu aydın göstərir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Alwefaq xəbər agentliyinin verdiyi məlumata görə, Ayətullah İsa Qasim cümə namazı xütbəsində qeyd edib ki, Fitr bayramı günündə bəhreynli bir gəncin şəhid edilməsi və zindanlarda, başqa günlərdə buna bənzər cinayətlərin icra edilməsi bir daha ölkə rəhbərinin terrorist olduğunu aydın göstərir.
Bəhreyn şiələrinin rəhbəri həmçinin əlavə edib ki, terror hərəkətləri bununla bitmir. Şüurlu şəkildə insanları qətlə yetirmək, onların maddi varidatına ziyan yetirmək, zəhərli qazlarla onları evlərində və yataqlarında boğmaq bu rejimin cinayətlərinin saysız hesab olduğunu göstərir.
Onun dediyinə görə, çox az rejim tapmaq olar ki, millətin istəklərinə nisbətən cavab verə bilsin. Əksəriyyət isə güc tətbiq etmək bahasına öz səltənətini davam etdirir.
Sözünün sonunda xətib Bəhreyn İslami İttifaq Cəmiyyətinin sədri Şeyx Əli Səlmanın mənzilinə və maşınına basqın edilməsini pisləyərək hökumətin bu hərəkətlərlə odla oynadığını bildirib. 853416
captcha