İqna Quran Xəbər Agentliyi (İQNA): Dünya üzrə ən böyük Quran illüstrasiyaçısı rəssam Səhmuddin Zəmani Quran Xəbər Agentliyi ilə söhbətində deyib: “Artıq 42 il keçib və bu illər ərzində Quranın 97 surəsinə illüstrasiyalar çəkilib, hələ 17 surə qalıb.”
O, bildirib ki, dünyada ilk dəfədir ki, Quran güllərin, rənglərin, arabesk üsulu hərəkətlərin vasitəsilə tərənnüm olunur. Burada heç bir rəng digərini təkrarlamır. Bu rəng və təsvirlər Quran ayəsinin mənasına və təfsirinə uyğunlaşdırılır.
Müsahibimiz həmçinin qeyd edib ki, dünyada ilk və ən böyük Quran illüstrasiyası olan 114 üslublu, 114 rəngli 114 Quran surəsinin təsviri Məşhəddə keçirilən Beynəlxalq Quran sərgisində nümayiş olunur. Fərqli şəkildə təqdim etməklə Qurana daha çox marağın cəlb ediləcəyini deyən rəssam bununla da Quranın insanlar üçün daha çox bəyan ediləcəyini vurğulayıb.
Zəmani deyib: “Təəssüflər olsun ki, bəziləri incəsənətin qüdrətini inkar edir. Halbuki bu yol ilə çoxlarının heyrətə gələrək ilahi vəhyə və İslama bağlandıqlarının şahidi olmuşuq.”853502