İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Ərəbiyyə telekanalından verilən məlumata görə, Misirin 6 aprel inqilabı hərəkatı üzvlərindən biri Tariq Xuli sionist rejim səfirliyinin ölkədən çıxarılmasından sonra rəsmi Qahirənin bu rejimlə münasibətlərini qoruyub saxlamasının qeyri-münasib və utandırıcı olduğunu deyib.
İnqilabın qələbəsi ilə sionist rejim qarşısında Misir siyasətinin dəyişəcəyi gözlənilirdi, lakin siyasət kursu Hüsnü Mübarəkin dövründə olduğu kimi davam edir. Bu münasibətlərin Misir xalqının tələbləri ilə heç bir uyğunluğu yoxdur. İsrail səfirliyinin xalqın təzyiqi ilə ölkədən uzaqlaşdırılması təbii və gözlənilən bir proses kimi qiymətləndirilməlidir. 858286