IQNA

İsrail və səfirliklərə hücum kabusu

15:21 - September 15, 2011
Xəbər sayı: 2187736
Beynəlxalq şöbə: İsrailə aid mətbuat orqanları, dövlət səlahiyyətlilərinin Qahirədəki İsrail səfirliyində meydana gələn hücumun ardından digər ölkələrdə də eyni hadisəylə qarşı-qarşıya qala biləcəkləri mövzusunda narahat olduqlarını yazıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm kanalından verilən məlumata görə, İsrailə aid bəzi mətbuat orqanları Netanyahu kabinetində olan bəzi rəsmilərindən aldığı məlumata əsaslanaraq dövlət rəsmilərinin Qahirədə meydana gələn hadisələrin ardından region ölkələrində də bənzər hadisələrin olması ehtimalından narahat olduqlarını yazıblar.
İşğalçı İsrail rejiminə aid rəsmilər həm də işğal altındakı Fələstin torpaqlarında olan ərazilərdən yəhudi məskənlərinə hücum ediləcəyindən narahatlıq keçirirlər.
Xatırladaq ki, iordaniyalı nümayişçilərdən bəziləri ötən həftənin cümə axşamı günü “İşğalçı İsrailin səfirliyi bağlansın!” deyə xalqı etiraz nümayişlərinə dəvət etmişdilər. 860692
captcha