İran Quran Xəbər Agentliyi (İQNA): İmam Rza İslam tədqiqatlar fondunun ümumi əlaqələr şöbəsinin nümayəndəsi müsahibəsində dedi: “Qərbdə ən yeni Quran tədqiqatları” adlı elmi konfrans Kanadanın elm və islam mərkəzinin rəhbəri Müzəffər İqbalın iştirakı ilə cari il dey ayının 17-si İmam Rza Qüdse-Rezəvinin nəzdində fəaliyyət göstərən islam tədqiqatlar fondunda keçiriləcək.
İmam Rza İslam tədqiqatlar fondunun ümumi əlaqələr şöbəsinin nümayəndəsi dedi: Müzəffər İqbal Tehrandakı Camiətül-Mustafa elmi hövzəsi tərəfindən dəvət olunmuşdur ki, cari il dey ayının 12-dən 14-nə kimi “Müasir insanın mənəvi böhranı” adlı qurultayları ingilis dilində keçirsin və dey ayının 17-si Qərbdə ən yeni Quran tədqiqatları qurultayında iştirak etsin. 929182