IQNA

İslam düşüncə tərzinə aid xanımların xüsusi nəşrləri mükafatlandırıldı

19:36 - January 17, 2012
Xəbər sayı: 2258841
Mədəniyyət və incəsənət şöbəsi: müsəlman xanımların ilk beynəlxalq nəşriyyat festivalının son mərasimində Məhcubə və Əl-Tahirə adlı kitabların sahibləri mükafatlandırıldı.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, milli kitabxana binasında keçirilən müsəlman xanımların ilk beynəlxalq nəşriyyat festivalının bağlanış mərasimində islam düşüncəsini və təfəkkür tərzini özündə əks etdirən Məhcubə və Əl-Tahirə məcmuələrinin rəhbəri Mina Səlimi mükafatlandırıldı.
Dey ayının 21-i keçirilən bu mərasimdə İslam şurası məclisinin qadın franksiyasının üzvləri, islam mədəni əlaqələr təşkilatının nümayəndələri, bir çox mədəniyyət və incəsənət xadimləri və s. iştirak edirdilər və mükafatlandırma da mədəniyyət işçiləri tərəfindən həyata keçirildi. 935757
captcha