IQNA

Rusiyada “islam partiyası”-nın təsisi ehtimal olunur

15:34 - January 22, 2012
Xəbər sayı: 2260933
Siyasi və ictimai şöbə: Tatarıstan Respublikasının müsəlmanlarının işləri ilə məşğul olan təlim-təhsil şöbəsinin rəhbəri Rusiyada ilk “islam partiyası”nın təsis olunacağı ehtimalı olduğunu bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA): Avropa məntəqə şöbəsinin məlumatına əsasən, ölkə müsəlmanlarının işləri ilə məşğul olan təlim-təhsil şöbəsinin rəhbəri Vəliyullah Yəqubov dey ayının 28-i bu xəbəri elan etməklə dedi: Bu ölkənin seçki qanunları üçün azad şəraitin yaradılması gələcəkdə islam partiyasının yaranmasına görə imkan yaradır.
O bildirdi: Hal-hazırda da Rusiya məclisində mövcud olan bütün partiyalar islam əleyhinə deyillər və ilahi dinlərin dəyərlərini himayə etməyə, xüsusən də islam və müsəlmanlara hörmət etməyə hazırdırlar.
Qeyd olunmalıdır ki, “Ettefaqul Əl-muslimin” adlı islam partiyası miladi 1917-ci il kommunist inqilabından sonra Rusiyada fəaliyyət göstərmiş və hal-hazırda da Tatarıstan Respublikasının müsəlmanlarının işləri ilə məşğul olan təlim-təhsil idarəsi bu partiyanın genişləndirilməsi fikrindədir. 938748
captcha