IQNA

Almaniyada İslam sərnişin daşıma reysi açıldı

17:21 - February 03, 2012
Xəbər sayı: 2267504
Beynəlxalq şöbə: “Müsəlman taksisi” adlı islam sərnişin daşıma reysi Berlin şəhərində yaşayan bir iraqlının təşəbbüsü ilə açıldı.
İran Quran Xəbər Agentliyi (İQNA): «oumma» xəbər bürosunun məlumatına əsasən, Almaniyada yaşayan İraqlı müsəlman Səlim Raid müsəlman azlıqlarına xidmət etmək məqsədilə ilk islam sərnişin daşıma reysi fəaliyyətə başladı.
O, bu sərnişin daşıma ilə əlaqədar məlumat verdi və dedi: Bu nəqliyyat “Müsəlman taksi”si adlandırılmışdır, ancaq qeyri-müsəlmanlar da xüsusi şəkildə bu nəqliyyatdan istifadə edə bilərlər.
“Müsəlman taksi” adlandırılan nəqliyyatın yaradıcısı sonda bildirdi: Daxili yaxud şəhərlər arası nəqliyyat tamamilə sərnişindaşıma qanunlarına malikdir. Bu səfər zamanı sürücü müsəlman olduğu üçün müsəlmanlara islam dini və müsəlman dini təlimləri barədə söhbət etməyə icazə verirdi və bu da sərnişinlərin rahatlığını təmin edirdi. 944899
captcha