İQNA xəbər agentliyinin məlumatına görə, Əqsa məscidinin ilk qarisi şeyx Məhəmmədəhməd Şubeyb 3 aprel günü 78 yaşında dünyasını dəyişib.
Şeyx Məhəmmədəhməd Şubeyb 1934-cü ildə Dəqhəliyyənin Dənrit kəndində dünyaya gəlib. Onun təvəllüdü şeyx Məhəmməd Rüfətin radiyodakı Quran səsinə təsadüf edirdi. Elə bu da atasının Şubeybi Quran dərsinə yönəltməsinə səbəb oldu.
Şubeyb, iki yaşında olarkən ağır bir xəstəliyə düçar olur. Şeyxin atası nəzir edir ki, əgər övladım bu xəstəlikdən xilas olarsa onu Quran yoluna vəqf edəcək.
Şeyx Məhəmmədəhməd Şubeyb Allahın izni ilə şəfa tapır və atası onu Quran və təcvid elmi öyrənmək üçün şeyx Tofiq İbrahimin məktəbinə yollayır.
1951-ci ildə Qiraat əz-zəqaiq təhsil mərkəzinə qəbul olur və 1957-ci ildə şeyx Əbdülfəttah Şəşainin iştirak etdiyi vəfat əclisində Quranoxumaqla tanınmış Quran qarilərindən birinə çevrilir.
1961-ci ildə həncərəsi iltihab etdiyindən qiraətlə məşğul ola biləyib, amma Allahın izni ilə bu xəstəlikdən də şəfa taparaq 1967-ci ildə rəsmi olaraq radiyo qarisi seçilir.
Şeyx Məhəmmədəhməd Şubeyb ilk şəxsiyyətdir ki, Əqsa məscidində Quran tilavət edib və yaşlılığı səbəbindən 3aprel günü gecə yarısı dünyasını dəyişib.
978155