IQNA

Filippində "Dini oyanışda qadınların rolu" toplantısı

18:00 - May 12, 2012
Xəbər sayı: 2324007
Siyasi-İctimai qrup: İRR-in Filippində ki, Mədəniyyət işlər idarəsi tərəfindən Həzrət Zəhranın (s) viladəti və Qadınlar günü münasibətilə bu gün (12 may) "Dini oyanışda qadınların rolu" toplantısı keçiriləcəkdir.
İQNA - nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) İSLAM MƏDƏNİYYƏTİ və ƏLAQƏLƏR TƏŞKİLATI şöbəsinin verdiyi xəbərə görə bu toplantı "Qadınlar, yenidənqurma üçün" birliyinin həmkarlığı ilə Mindanao universitetinin Hüquq fakültəsində keçiriləcəkdir.
Tələbə və Ustadların iştirakı ilə keçiriləcək "Dini oyanışda qadınların rolu" toplantıda Ayda Sani - Mindanao universitetinin ustadı, Alvento -"Qadınlar, yenidənqurma üçün" birliyinin rəisi, Vəkil Əli Alvento – Şəri hakim, Sali Pada Tamanu – Arm muxtar vilayətinin keçmiş təhsil naziri nitq söyləyəcəklər.
1005407
captcha