IQNA

Brukselin məktəblərində İslami Örtük qadağan oldu

19:00 - June 05, 2012
Xəbər sayı: 2340633
Beynəlxalq qrup: Belçikanın paytaxtı Brukseldə 94 məktəb müdiri İslami Örtükdən istifadəni qadağan etdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «bladi» saytına istinadən verdiyi xəbərə görə verilən statistikaya əsasən Brukseldə 98 məktəbdən yalnız 4-də şagirdlər üçün dini Örtük və Hicabdan istifadə azaddır.
Deyilənə görə bu ilin əvvəlindən bu dörd məktəbin 2-də də hicab qadağan olunacaq. Və hicabı qeyri-qanuni sayan məktəblərin sayı 96-a çatacaq.
Belçikada hər regionun məktəbinin özünə aid qanunları var. Misal olaraq 2009-cu ildən bu günə kimi Filandern vilayətində 700 məktəb hicabı qadğan etmişdir.
1023233
captcha