İQNA-nın Malaziyanın “BERNAMA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə 2009-cu ildə qəbul edilmiş İslami-İctimai Dəyərlər qanun layihəsinə əsasən Tasikmalaya şəhər şurasının hazırladığı yeni Hicab qanununa görə bu şəhərin qadın vətəndaşları və həmçinin qadın qonaqları İslami Örtükdən istifadə etməyə məcbur ediləcəklər. Yeni qanun cari ayın sonuna qədər dövlət məsullarının imzası üçün parlamentə göndəriləcəkdir.
Tiyu İndra - Tasikmalaya şəhər Ali Rütbəlisi, deyib: Bu qanunun icrası üçün Şəriət Plois dəstəsi təşkil ediləcəkdir. Qanunu icra etməyənlər mühakimə olunacaqlar.
Tasikmalaya şəhər şurası bu şəhərin 99% cəmiyyətinin müsəlman olduğu üçün belə addım atdıqlarını demişdir.
Bu qanun bundan öncə İndoneziyanın Açe vilayətində də təsdiqlənmişdir.
Qeyd edək ki, bu layihə bu şəhərin bəzi müsəlmanlarının etirazına da səbəb olmuşdur. .
1024208