IQNA

"İmam Əlinin (ə) Malik Əştər Nəxəiyə məktubu" kitabı Ruscaya tərcümə edildi

22:45 - September 01, 2012
Xəbər sayı: 2402814
Elm və Təfəkkür qrupu: "İmam Əlinin (ə) Malik Əştər Nəxəiyə məktubu" kitabı İİR-in Rusiyadakı Mədəni İşlər nümayəndəliyi və Humanitar elmlər və İslam maarıfinin məşri və tərcüməsini tənzimləmə təşkilatının həmkarlığı ilə Ruscaya tərcümə edildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət təşkilatı şöbəsinin verdiyi xəbərə görə "İmam Əlinin (ə) Malik Əştər Nəxəiyə məktubu" kitabı İİR-in Rusiyadakı Mədəni İşlər nümayəndəliyi və Humanitar elmlər və İslam maarıfinin məşri və tərcüməsini tənzimləmə təşkilatının həmkarlığı ilə Ruscaya tərcümə edilib və yaxın günlərdə çap ediləcək.
Malik Əştər Nəxəi İmam Əlinin (ə) tərəfindən Misirə vilayət hakimi seçildiyi zaman İmam Əli (ə) bu məktubu ona vermiş və vilayəti necə idarə edəcəyini demişdi. Bu məktubda İmam Əlinin (ə) ictimaiyyətin siyasi və iqtisadi idarəsində mütərəqqi fikirləri əks olunmuşdur.
1088836
captcha