IQNA

Rusiyadan olan 200 mindən artıq müsəlman Allah evini ziyarət etmişlər

16:20 - September 24, 2012
Xəbər sayı: 2418848
İctimai şöbə: Rusiyanın həcc və ziyarət idarəsinin verdiyi məlumata əsasən, son 10 il ərzində 200 mindən artıq Rusiyalı müsəlman Allah evini ziyarət etmişlər.
İQNA xəbər agentliyinin məlumatına əsasən, Rusiyanın həcc və ziyarət idarəsinin müvəqqəti sədri İlyas Xanov bu təşkilatın yaranma tarixinin onuncu ili münasibəti ilə təşkil olunmuş mərasimdə bildirdi: Son on il ərzində 200 mindən artıq müsəlman zəvvar bu idarənin təşkilatçılığı ilə Məkkə, Mədinə və digər müqəddəs məkanları ziyarət etmək üçün yollanmışlar.
O həmçinin bildirdi ki, bu idarə Rusiya dövlətinin köməyi və himayəsi sayəsində açılmış və hər il zəvvarların daha da yaxşı ziyarət etmələri üçün lazımi səylər göstərilir.
1104865.
captcha