İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Tena"ya istinadən verdiyi xəbərə görə İraqın Mərkəzi Bankı İslami bank sisteminin layihəsini hazırlayıb bu ölkənin Milli Dövlət şurasına təqdim etmişdir. Şura son islahdan sonra layihəni parlamentə göndərəcəkdir.
Bu yeni layihəyə əsasən İslami bank sistemi dövlət ticarət bankalarında həyata keçiriləcəkdir.
Qeyd edək ki, İraq parlamenti dövlətdən tələb etmişdir ki, bankçılığın genişləndirilməsi üçün İslam bank sistemini ölkədə qanuni etsin.
1110178