IQNA

Amerikada yeni İslamofobiya dalğası

23:40 - January 15, 2013
Xəbər sayı: 2480955
İctimai qrup: Amerika sakinləri bu ölkədəki İslamofobiya təbliğatlarının təsiri altına düşərək ABŞ-da müsəlmanlar üçün dini mərkəz və ibadət məkanlarının tikilişənə narazılıq və müxalifət edirlər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Amerika şöbəsinin verdiyi xəbərə görə aparılan araşdırmalara əsasən ABŞ-da İslamofobiya fəaliyyətləri hər gün güclənməkdədir. Nyucersi əyalətinin Bernardsville şəhərində müsəlmanlar üçün tikilən məscidin məscid tikilən ərazinin müsəlmanlar tərəfindən pulla alınmasına baxmayaraq problemlərlə üzləşməsi və yerli əhalinin buna narazılğı buna əyani bir sübutdur.
Yasir Əlminşavi – Bernardsville şəhərinin İslam Mərkəzinin rəisi, bu gün yanvar ayının 15-də müsahibəsində dedi: Biz – ABŞ-da yaşayan müsəlmanlar həmişə ibadət məkanlarının tikilişində problemlərlə üzləşirik. Amma məsələ burasındadır ki, niyə yalnız bu problem müsəlmanlar üçün yaranır və başqa dinlərinin ardıcılları bu problemlə üzləşmirlər?!
Bernardsville şəhərindəki məscidin bütün işləri qanunidir və biz camaatın etirazlarına baxmayaraq öz işlərimi görəcəyik. Və məscid tikilənən qədər də qanuni yolla öz mübarizəmizi davam etdirəvəyik.
1171832
captcha