IQNA

Kərbəlada İmam Hüseynin (ə) zərihinin dəyişdirilmə mərasimi keçirildi

0:06 - January 23, 2013
Xəbər sayı: 2484798
Beynəlxalq qrup: Dünən yanvar ayının 21-də Müqəddəs Kərbəla şəhərində İmam Hüseyn (ə) ziyarətgahının zərihinin (türbə) dəyişdirilmə mərasimi keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "BURASA" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İmam Hüseyn (ə) ziyarətgahının zərihinin (türbə) dəyişdirilmə mərasimi İraq xalqı və KİV-lərin aktiv iştirakı ilə keçirilmişdir. Bu mərasimdə İranlı və İraqlı mütəxəssislər İmam Hüseynin (ə) qədim zərihinin götürülməsi və onun yeni zərih ilə dəyişdirilməsi işinə başlayıblar.
Şeyx Əbdülmehdi Kərbəlayi: 2003-cü ildən sonra bütün Əhli-Beyt (ə) aşiqləri azad şəkildə Kərbəla ziyarətgahlarına xidmət etməyə başladılar. Əvvəlki zərih (türbə) Hindistanda şiələr tərəfindən hazırlanmışdı. Bu zərih 1938-ci ildən 75 ildir ki, bu müqəddəs məzarın üzərinə tikilmişdir. Bu gün isə bu zərih İranda hazırlanmış ali keyfiyyətli yeni zərihlə əvəz ediləcəkdir. Ola bilsin ki, yeddi ilə hazırlanmış bu yeni zərihin dəyişdirilməsi bir aydan çox vaxt tələb etsin.

Yeni zərih İranın Qum şəhərində 2008-ci ildən 2012-ci ilədək işlənib hazırlanmışdır. Zərihin hazırlanmasına məşhur İran memarları – Ustad Mahmud Fərşçiyan, Seyid Məhəmməd Hüseyni Müvəhhid, başçılıq etmişlər.
Yeni zərihin 12 ton çəkisi vardır ki, onun hazırlanması üçün 14 ton 600 kq gümüş və 118 kilo qızıl istifadə edilmişdir.
1175858
captcha