İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Kuna" – (Küveyt) xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İsmayıl Həniyyə - Fələstin dövlətinin Baş Naziri Qəzzə Sahillərinə 19-cu "Gülümsəmək üçün qət edilən yollar" karvanını qarşılama mərasimində çıxışı zamanı dedi: "Biz heç vaxt Fələstinə qayıtmaq haqqımızdan vaz keçməyəcəyik. Bu barədə geriyə çəkilən və bu haqdan üz döndərən hər bir kəs bizdən deyil. Mən "Əsqəlan"lıyam. Əsqəlan mənim vətənimdir. Mən ora (vətənimə) dönəcəyəm.
Allaha şükr edirəm ki, bizi cihadı, Fələstini və Qüdsü sevmək, Əqsa məscidini azad etmək və ucalığa tərəf yürümək üçün birləşdirmişdir. Biz öz vətənimizi, Əqsa Məscidini və Qüdsü azad etmək və hüquqlarımızı geri almaq üçün hazırıq.
Biz Müqavimət Hərəkatı və İslam Ümmətinin Oyanışı dalğası ilə qələbə və azadlıq yolunu keçəcəyik".
Qeyd edək ki, 19-cu "Gülümsəmək üçün qət edilən yollar" karvanı İslami ölkələrin 15- nəfər aktivistinin iştirakı ilə Qəzzə əhalisinə kömək üçün Qəzzə sahillərinə gəlmişdir.
1183470