IQNA

Amerika sözündə və əməlində səmimi deyildir

16:32 - October 05, 2013
Xəbər sayı: 2599679
Siyasi qrup: Amerika prezidentinin “müharibə qərarı masa üzərindədir” deməsi, habelə onun “İranla danışıqlar sanksiyaların əməli nəticəsidir” fikri, onların söz və əməldə sədaqətli olmadıqlarını göstərdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Tehranın bu həftəki (4 oktyabr) cümə xətibi höccətül-islam vəlmüslimin Kazım Siddiqi, İran prezidenti Həsən Ruhaninin ABŞ-a olan səfərinə toxunaraq bildirib: “Biz, cənab Həsən Ruhaninin BMT-də etdiyi çıxışla İran xalqının məzlumiyyətini, zalım rejimlərin İrana qarşı sanksiyalarını bütün dünyaya çatdırmağına və Fələstin xalqını müdafiyə etdiyinə görə Allaha şükr edirik.
Kazım Siddiqi sözlərinin davamında İrana qarşı tətbiq olunan sanksiyalara da toxunaraq bildirib: “Hamı tezliklə bu sanksiyaların götürülməsinə ümid edir. Bu sanksiyaların qaldırılması həm ABŞ, həm də Avropanın xeyrinə olacaqdır.
Dövlət Allahın qüvvəsinə təvəkkül edərək, Əhli-beytə (ə) imanı olan milləti ilə bu problemlərin öhdəsindən gələcəkdir.”
Cümə xətibi, müzakirə zamanı insanın öz düşmənini və dostunu yaxşı tanımasının vacibliyinə toxunaraq deyib: “Gəmidə olan qəhrəman da bəzən yumuşaq davrana bilər, lakin bu yumuşaqlıq onu məqsədə çatdırmaq üçün bir vasitədir.
Biz ABŞ və İran prezidentlərinin telefon bağlantısından sonra amerikalıların oyanacaqlarını arzu edirik. Bizim göstərdiyimiz bu yumuşaqlıq onların məkirli planlarını ifşa edir. Biz əzəldən məzlum olmuşuq. Bizim millətimiz sülhsevərdir və hər növ cinayətə müxalifdir. Biz nə özümüzün, nə də digərlərinin atom silahına sahib olmasını istəyirik. Biz, ABŞ dövləti və qondarma rejim olan sionist İsrail rejiminin əksinə olaraq, ümumiyyətlə dünyada kütləvi qırğın silahlarının ləğvini tələb edirik!”
1298001

captcha