Əl-Əzhər bir sıra tarixi hadisələrdə rəsmən sükut ixtiyar etsə də, misirlilər bu mərkəzin rəsmi nümayəndələri olan "qırmızı əmmaməlilər"in bütün hadisələrdə aktiv şəkildə öz aralarında görürdülər.
"Əl-Əzhər əmmaməsi" və mühüm münasibətlərdə bu əmmaməni başa qoymaq bu "əmmamə"nin misirlilər arasında əhəmiyyətli və dəyərli olduğunun göstəricisidir. Hətta buna görə Əl-Əzhərin şeyxi Əhməd Təyyib bu əhəmiyyətə təkid edərək "əmmamə"ni Əl-Əzhər şeyxlərinin və Quran qarilərinin əsas simvolu kimi elan etdi.
"Əl-Əzhər əmmaməsi" əslində Osmanlılar xilafətində Məhəmmədəli Paşa zamanı Misirə gəlmiş "türk tərbuşu"dur. "Tərbuş" osmanlıların rəsmi papağı idi. Bu papağı geymək dövlət rəsmiləri arasında bir sünnət idi və hətta geyinməyənlər cəzalandırılırdı.
"Tərbuş" əvvəllər qırmızı rəngli sadə bir papaq idi ki, Əl-Əzhər şeyxləri onun dövrəsinə ağ parça bükərək öz rəsmi geyimləri etdilər və əmmamə adı ilə məşhurlaşdı.
Misirdə yaşayan xaricilərin geyimi olan və misir rəsmiləri arasında da özünə yer tutmuş "tərbuş" 1952-ci ildə Camal Əbdünnasir tərəfindən dövlət rəsmiləri arasında ləğv edilərək təkc Əl-Əzhər şeyxlərinə aid edildi.
Fransız tariçxisi Jan Jak Lute yazır ki, Napoleon da Misirə həmlə edərkən misirlilərin gözünə yaxşı görsənmək üçün başına "tərbuş" qoyub.
Amma sonralar bu papaq öz əhəmiyyətini itirərək təkcə dini tələbələrin cümə günü geyiminə çevirildi.
Buna görə də Əhməd Təyyib bu əmmamənin yenidən tələbələr arasında rəsmi tanınmaqsına təkid edərək, istifadə edən tələbələr üçün xüsusi imtiyaz nəzərdə tutub.