IQNA

Misir şiələrinin rəhbərini öldürənlər mühakimə olunacaq

23:46 - December 05, 2014
Xəbər sayı: 2615288
Beynəlxalq qrup: Qahirənin Apellyasiya Məhkəməsinin rəisi Eymən Abbas Misir şiələrinin rəhbərinin qatillərinin məhkum ediləcəyi barədə xəbər verərək bildirib ki, cari ilin dekabr ayının 21-də misirli şiələrin rəhbəri Əllamə Şeyx Həsən Şəhatənin qatillərinin məhkəməsi keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əş-şüruq" xəbər agentliyinin saytına istinadən verdiyi xəbərə görə Qahirənin Apellyasiya Məhkəməsinin rəisi Eymən Abbas deyib: 2014-cü ilin dekabr ayının 21-də misirli şiələrin rəhbəri Əllamə Şeyx Həsən Şəhatənin və onun dörd nəfər silahdaşının öldürülməsində günahkar tanınan 31 qatilin məhkəməsi keçiriləcəkdir.
Misirin "əl-Cəzirə" əyalətinin Apellyasiya Məhkəməsinin 14-cü şöbəsinin rəisi qazi Mötəz Xəfaci bu mühakimə işinin məsuliyyətini öhdəsinə götürmüşdür.
Bu xəbərə görə misirli şiələrin rəhbəri Əllamə Şeyx Həsən Şəhatənin, onun övladlarının və onun dörd nəfər silahdaşının öldürülməsində günahkar tanınan 31 nəfər təqsirləndirlən şəxs mühakimə ediləcəkdir.
Əllamə Şeyx Həsən Məhəmməd Şəhatə Əl-Əzhərin müəllimlərindən və Misir şiələrinin rəhbəri idi. O, keçən ilin (2013) yayında (iyun ayı) "Əlcəzirə" əyalətinin "Əbu-Nəmrs" məntəqəsinin "əbu-müslim" kəndində İmam Mehdinin (ə.f) Şəban ayında keçirilən viladət bayramına getməyə hazırlaşırdı ki, 3 min nəfərlik vəhabi hücumunun mühasirəsində qaldı. O, övladı və silahdaşları 15 Şəban bayramının (İmam Zamanın viladəti) əsr çağında vəhşicəsinə öldürüldülər.
Onu vəhşicəsinə öldürüldü, cənazəsinə hörmətsizlik edildi. Vəhabilər tərəfindən yer üstə sürüdüldü ki, şiələrin və bir çox müsəlman alimlərinin təəssüf və qüssəsinə səbəb oldu.
Onun dəyərli addımlarından biri də Aşura gününü Misirdə geniş şəkildə keçirməsi idi.
2615177

Teqlər: misir ، şiə ، şəhatə ، mühakimə
captcha