IQNA

Rusiya dumasının nümayəndəsi: media “İslam terrorizmi” ifadəsini işlətməməlidir

8:52 - December 22, 2014
Xəbər sayı: 2624721
Beynəlxalq qrup: Rusiya parlamentinin (duma) nümayəndəsi terrorizmin İslam dini və hər hansı bir məzhəblə əlaqəli olmadığını vurğulayaraq bildirib ki, “islam terrorizmi” və “islam yaraqlıları” kimi ifadələrin mediada işlədilməsinin qarşısı alınmalıdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “russia today” internet xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Rusiya parlamentinin (duma) “vahid rusiya” partiyasının nümayəndəsi olan deputatı terrorizmin İslam dini və hər hansı bir məzhəblə əlaqəli olmadığını vurğulayaraq bildirib ki, “islam terrorizmi” və “islam yaraqlıları” kimi ifadələrin mediada işlədilməsinin qarşısı alınmalıdır.



Semsil Saralyev qeyd edib ki, belə ifadələr ictimai rəyi yanlış formalaşdırır və insanlarda islam dini ilə terrorizmin bir olduğu fikrini yaradır, halbuki terrorçulardan ən çox zərər görən elə müsəlmanlardır.



Deputat deyib ki, bəzi KİV-lər bilərəkdən  və insanları İslamdan uzaqlaşdırmaq üçün “islami terroristlər”, “radikal islamçılar”, “cihadçılar”, “şəhidlik kəməri” və İslam terrorist dövləti kimi ifadələrdən hədəfli şəkildə istifadə edirlər. Bu isə müsəlmanları ciddi təhlükə qarşısında qoyacaqdır.



Dumanın nümayəndəsi qeyd edib ki, İŞİD kimi terroristlər özlərini “islam dövləti” adlandırsalar da, onların İslam dini ilə heç bir bağlılığı yoxdur və bu çox aydındır ki, həqiqi islam sülh və mehribanlığı təbliğ edir, media bunu xalqa çatdırılmalıdır.



Qeyd edək ki, 145 milyonluq Rusiya cəmiyyətində 33 milyon nəfər civarında müsəlman yaşayır ki, bunların çoxu qafqazlılar, çeçenlər, inguşlar və dağıstanlılardan ibarətdir.



2623174

Teqlər: rusiya ، duma ، İslam ، terror
captcha