IQNA

Quran və İslami kitablar Fransada ən çox satılan kitablar

23:59 - January 31, 2015
Xəbər sayı: 2791558
Beynəlxalq qrup: Parisdə baş verən son islamofobiya hadisələrinin ardınca bir-çox kitab satanlar fransalı oxucu və alıcıların Qurana və İslam dininə aid kitablara maraqlarının daha da çoxaldığını deyib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "lexpress.fr" informasiya portalına istinadən verdiyi xəbərə görə Parisdə baş verən son islamofobiya hadisələrinin və "şarli hebdo" jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsinin ardınca bir-çox kitab satanlar fransalı oxucu və alıcıların Qurana və İslam dininə aid kitablara maraqlarının daha da çoxaldığını deyib.



Parisin son hadisələri hamını İslam mədəniyyəti ilə maraqlanmağa sövq edib. "Laprukur" kitab satışı mağazalarının məsulu ki, dini kitablar üzrə ixtisasçıdır, "franskultur" radiosu ilə müsahibəsində deyib ki, bizim kitab mağaları və anbarlarımızda olan Quran nüsxələri artıq tamamilə satılıb qurtarıb.



Parisin "Fnak" silsilə kitab mağazalarının məsulu deyib: Son hadislərdən sonra İslam və Ərəb mədəniyyəti, Cihad, terror, irqçilik, Orta Şərq və Orta Asiya barədə yazılan kitablar ən çox satılan kitablardır. Belə ki, "şarli-hebdo" hadisəsindən bir gün sonra bu mövzularda olan kitablarımız tamamilə satıldı. Və bu mövzularda hər gün kitab satışının vəziyyəti belədir.



O dedi: Tariq Ramazan adlı müəllifin kitabları və "Uşaqlar üçün İslam" kitabı ən çox satılan kitablardandır.



O əlavə edib: Bütün yaş qrupları və müxtəlif inanclı insanlar bizdən İslam, Məsihilik və Yəhudilik haqqında kitablar alırlar. Elə insanlar bizdən Quran alırlar ki, hadisələrdən öncə heç vaxt heç bir dini kitab ilə maraqlanmazdılar.



2788157     

Teqlər: fransa ، quran ، İslam ، kitab
captcha