IQNA

İslami ölkələrdə terrorizm və radikalizm ilə mübarizə üçün layihə hazırlanır

22:15 - February 16, 2015
Xəbər sayı: 2859526
Beynəlxalq qrup: İslami Həmkarlıq Təşkilatının sözçüsü bu təşkilata üzv olan İslami ölkələrdə terrorizm və radikalizm ilə mübarizə üçün layihə hazırlandığı və proqram yazıldığı barədə xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİNA" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Əyyad Mədəni - İslami Həmkarlıq Təşkilatının baş katibi, dünən, Ferval ayının 15-də müsəlman ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Cəddədəki icra komitəsinin "İslam dünyasında terrorizm və radikalizm ilə mübarizə" devizi ilə keçirilən iclasında öz çıxışı zamanı dedi: "Terrorizm bütün bəşəriyyətin təhdid edən bir düşməndir, heç bir sərhəd və hədd tanımır, irqi və dini yoxdur. Bu hal və fenomen təkcə hərbi güc və təhlükəsizlik qüvvələri tərəfindən məhv edilə bilməz".
Mədəni əlavə etdi: "Terrorizm ilə mübarizə aparmaq üçün siyasi, ictimai, iqtisadi və digər amillər və cəhətlər araşdırılmalı və problem çözülməlidir".
Tarix Büxeyt - İslami Həmkarlıq Təşkilatının sözçüsü, bu barədə elan etdi: İslami Həmkarlıq Təşkilatı terrorizm və radikalizm ilə mübarizə üçün bu iclasda bu təşkilata üzv ölkələrdə və bütün dünyada icra oluna biləcək bir iş proqramı yazdı.
2856164

captcha