IQNA

Əl-Əzhərin İslami Tədqiqat Birliyi:

Səmavi dinlər hər növ radikalizm və zorakılığın əleyhinədir

8:17 - March 04, 2015
Xəbər sayı: 2923437
Beynəlxalq qrup: Mühyiddin Əfifi – Əl-Əzhərin İslami Tədqiqat Birliyinin baş katibi, "Misr üçün" adlı toplantıda vurğuladı: Səmavi dinlər hər növ radikalizm və zorakılığın əleyhinədir!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-fəcr" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Mühyiddin Əfifi – Əl-Əzhərin İslami Tədqiqat Birliyinin baş katibi, Qahirənin "əl-Zimalək" regionunda Yekiskopluk kiləsəsində "Misr üçün" adlı toplantıda çıxışı zamanı vurğuladı: Səmavi dinlər hər növ radikalizm və zorakılığın əleyhinədir və hər cür ifratçılığı rədd edir!



Bu toplantı Misirin "dini dialoq komitəsi"nin təşəbbüsü və ölkənin məsihi şəxsiyyətlərinin iştirakı ilə keçilib.



Əfifi bu toplantıda xalqdan bütün səmavi dinlərin təkid etdiyi hər cür radikalizm və zorakılıqdan uzaq və sülhamiz yaşam tərzinə əməl etməyi tələb etdi.



Mühyiddin Əfifi – Əl-Əzhərin İslami Tədqiqat Birliyinin baş katibi, İslam dini və məsihilik arasında olan müştərək dini məqamların önə çəkilməsini və bu yöndə daha aktiv olmağın zəruriliyini vurğulayaq dedi: Bizim müştərək və həmrəy ola biləcəyimiz dini məsələlərimiz ayrılıq nöqtəsi olacaq məsələlərimizdən daha çoxdur.



O çıxışının sonunda dedi: İslam dini və məsihilik arasında çoxsaylı müştərək məqamların olması tələb edir ki, biz hamılıqla və həmrəyliklə birləşək və öz vətənimizdən qara niyyətli və mənfur radikalçı və ifratçı qüvvələr qarşısında müdafiə edək.



2920138          

Teqlər: ifratçı ، radikal ، məsihi ، misr ، müfti ، yekiskop
captcha