IQNA

Bəluçistan şiələrinin rəhbəri: İsrail Amerikanın himayəsi ilə İŞİD-ə təlim verir

9:55 - March 08, 2015
Xəbər sayı: 2945763
Xarici şöbə: Pakistanın Bəluçistan əyaləti şiələrinin rəhbəri Mövlana Məhəmməd Xan Şirani vurğuladı: Hal-hazırda İŞİD-in maliyyə büdcəsini Amerika təmin edir. Və İsrail də ABŞ-ın himayəsi altında İŞİD terroristlərinə təlim verir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Pakistanın "cəng" qəzetinə istinadən verdiyi xəbərə görə Pakistanın Bəluçistan əyaləti şiələrinin və İslam Alimləri Cəmiyyətinin rəhbəri Mövlana Məhəmməd Xan Şirani Amerikanın İslam və müsəlmanlar əleyhinə həyata keçirdiyi mənfur siyasəti kəskin şəkildə məhkum edərək vurğuladı: Hal-hazırda İŞİD-in maliyyə büdcəsini Amerika təmin edir. Və İsrail də ABŞ-ın himayəsi altında İŞİD terroristlərinə təlim verir.



Pakistanın Bəluçistan əyalətinin müxtəlif partiya və qrumlarının əyalət toplantısında çıxış edən İslam Alimləri Cəmiyyətinin rəhbəri Mövlana Məhəmməd Xan Şirani çıxışının davamında dedi: Amerika bu son on illiklərdə Taliban və Əl-Qaidə adından istifadə edərək dünyada və əsasən də İslam dünyasında terrorizmi genişləndirdi. İndi də İŞİD adına bir hiylə hazırlayıb və ən azı qarşıdan gələn otuz il üçün də dünyada terrorizmi genişləndirmək niyyətindədir.



O, Pakistan dövlətinin siyasətlərini tənqid edərək dedi: Neçə nəfər terroristin cinayətlərinin qarşını almaq elə də problem bir məsələ deyil, amma dövlət qəsdən bu işin qarşısını almır və oturub günahsız insanların qətliamına tamaşa edir.



2939372       

Teqlər: pakistan ، bəluçistan ، terror ، İŞİd
captcha