IQNA

Balkan ölkələri cavanlarından Ali Dini Liderin məktubuna cavab;

"Radikalizm İslamdan anti-intellektual oxunuşun məhsuludur"

13:26 - March 31, 2015
Xəbər sayı: 3066727
Xarici şöbə: Balkan ölkələri cavanlarından bir qrupu şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Avropa və Şimali Amerika cavanlarına yazdığı açıq məktuba cavab göndəriblər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslam Təbliğatı və Beynəlxalq Əlaqələr Təşkilatı"nın ümumi əlaqələr və informasiya idarəsinə istinadən verdiyi xəbərə görə Balkan ölkələri – (Avropanın cənub şərq hissəsi: Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya, Monteneqro) -  cavanlarından bir qrupu şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Avropa və Şimali Amerika cavanlarına yazdığı açıq məktuba cavab məktubu göndəriblər.



Məktubdan bəzi mühüm məqamları oxucuların diqqətinə çatdırırq:



Həzrət Ayətullah Üzma Xamenei cənablarına;



Salam



Neoliberalizimin birtərəfli hakimiyyət etdiyi dünyada yoxsul və varlılar arasında böyük bir uçurum yaranmış, böyük media divləri imperialist və istemarçı siyasətçilərin əmrinə tabe olaraq cavanların qəlb və zehnlərini təsxir etməklə və ovlamaqla məşğuldurlar. Belə bir zamanda özünü tapmaq, özünə inam yaratmaq və zamanı yaxşı tanıyaraq özünü zaman uyğunlaşdırmaq üçün ən yaxşı yol müxtəlif cəhtələrdən təzyiq altında qalmış İlahi dinlərə, xüsusilə də İslam dininə qayıdışdır.



Bir tərəfdən "islamofobiya" hiyləsi və digər tərəfdən radikalizm və təkfirçiliyin yaratdığı çaşdırıcı bir fəzada dini rəhbərlərin müxtəlif yollar və mənəvi diplomatiya ilə siyasət adamlarının əxlaqi vicdanını oyatması və millətləri məlumatlandırması və maarifləndirməsi mühüm rola və ifaya malikdir ki, sizin Avropa və Şimali Amerika cavanlarına son tarixi məktubunuz bu istiqamətdə götürülmüş bir addım və bizim indiki dərdlərimiz və problemlərimizin sədaqətli əks-sədasıdır.



Bildiyimiz qədərilə bütün səmavi dinlər, xüsusən də xalis Məhəmməd İslamı insanları insani dəyərləri qorumağa dəvət edir. Peyğəmbərlərin zalimlər əleyhinə tarixi mübarizəsi heç vaxt asayişin pozulması, nifrət, vəhşilik, zorakılıq və radikalizm ilə birgə olmamışdır.



İslam ağıl və düşüncəyə və bu ikisinin əsasında olan dialoqa dəvət edib. Azadlıq və asayiş vədəsi verib. Buna görə də inanırıq ki, ifratçı müsəlmannümaların vəhşicəsinə törətdiyi cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur və onlar bəşəriyyət düşmənlərinin istifadə alətidirlər.  



Və biz inanırıq ki, radikalizm İslamdan anti-intellektual və anti-rasional oxunuşun məhsuludur. Biz bu cür cərəyanlardan və onları himayə edənlərdən bizarıq.



Biz çalışacayıq ki, İslamı onun əsas qaynaqları olan Quran və Sünnədən və İslam Peyğəmbərinin (s) həyat yolu və sirəsindən qəti dəlillər əsasında öyrənək. Çünki çox zəngin İslam mədəniyyəti və Quran maarifini dərindən və dəqiq öyrənmək azğın fikirlərlə mübarizə üçün ən yaxşı vasitədir.



Həmçinin biz dövlətlərdən tələb edirik ki, dini dəqiq, məntiq və ağıl əsasında və olduğu kimi öyrənmək üçün cavanlara lazım olan fəza, vasitə və şəraiti yaratsınlar, azğın fikirlərin elm ocaqlarına girməsinin qarşısını alsınlar...



Balkan ölkələri cavanlarından bir qrupu / Mart, 2015



3059526          

Teqlər: balkan ، məktub ، ali dini lider
captcha