IQNA

Berlin milli kitabxanasında Quranın qədim əlyazma nüsxəsi saxlanılır

9:10 - April 05, 2015
Xəbər sayı: 3089347
Beynəlxalq qrup: Quran-Kərimin Milad tarixi ilə 606 – 652-ci illərə aid olan ən qədim əlyazma nüsxələrindən biri də Almaniyanın paytaxtı Berlinin milli kitabxanasında saxlanılır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "zawya.com" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Quran-Kərimin Milad tarixi ilə 606 – 652-ci illərə aid olan heyvan dərisinə yazılmış yeddi səhifəlik ən qədim əlyazma nüsxələrindən biri də Almaniyanın paytaxtı Berlinin milli kitabxanasında saxlanılır.



İsveçrənin Zurix şəhərinin "Texniki Tədqiqatlar Universiteti"nin laboratoiyasında Təbiət elmlərində istifadə olunan "radiokarbon analizi ilə tarix təyin etmə" texnologiyası vasitəsilə Quran-Kərimin bu əlyazma nüsxəsinin yaşı və tarixinin yuxarıda qeyd olunan illərə təsadüf etdiyi isbat olunmuşdur.



Analizlər göstərib ki, heyvan dərisinə (dəri çiplərə) yazılmış yeddi səhifəlik bu əlyazma nüsxənin tarixi Milad ili ilə 606 – 652-ci illərə qayıdır.  



Berlin milli kitabxanasının sözçüsü vurğuladı: Quran-Kərimin bu əlyazma nüsxəsi 19-cu əsrin axırlarına Qahirədə yaşayan alimlərindən birinin topladığı qədim eksponatların arasından tapılmışdır.



 3085111       



  

Teqlər: quran ، berlin ، əlyazma ، 606 ، 652
captcha