IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) AzadXeber.az-ə “istinadən verdiyi məlumata görə, ABŞ-ın beynəlxalq tədqiqatlar mərkəzi olan “Pew Research Center”maraqlı araşdırma aparıb.
Araşdırmaların nəticələrindən zaman keçdikcə ateistlərin və özünü Aqnostisizm ideologiyasına aid edənlərin sayıının azalacağı məlum olub.
Tədqiqatlardan hələ 40 il ərzində xristian dininin çoxsaylı din qrupu olacağı aydınlaşıb. Bununla yanaşı İslama üz tutanların sayının başqa dinlərlə müqayisədə xeyli artacağı bildirilib.
“Pew Research Center” analitik mərkəzinin proqnozlarına görə, 2050-ci ildə artıq İslam dini bütün dinləri üstələyəcək. Avropa əhalisinin təxminən 10 faizini isə müsəlmanlar təşkil edəcəklər. Halbuki 2010-ci il üçün bu rəqəm cəmi 5,9 faiz idi.