IQNA

Nyu-York metrosunda anti-İslam təbliğat

8:52 - May 03, 2015
Xəbər sayı: 3246152
Beynəlxalq qrup: Nyu-York Nəqliyyat İdarəsinin bu məsələ ilə ciddi müxalif olmasına baxmayaraq anti-İslam sionist bir qrup "söz azadlığı" bəhanəsilə metronun qatarlarına "islamofob" təbliğat plarkardları yapışdırırlar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Turkish Weekly" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Amerikanın ən böyük nəqliyyat idarəsi sistemi sayılan "Nyu-York Nəqliyyat İdarəsi" həfətnin 3-cü günü elan edib ki, avtobus və qatarların üzərinə hər növ siyasi təbliğat xarakterli yazılar yazmaq qadağandır. Amma nəqliyyat idarəsinin bu addımı məhkəmə orqanları tərəfindən "söz azadlığı" qanununa zidd hesab edildi.



Nyu-York Nəqliyyat İdarəsinin bu məsələ ilə ciddi müxalif olmasına baxmayaraq anti-İslam sionist bir qrup "söz azadlığı" bəhanəsilə metronun qatarlarına "islamofob" təbliğat plarkardları yapışdırırlar. Onların bu addımını Nyu-York məhkəməsi də qanuni saymış və nəqliyyat idarəsinin sionistlərin anti-İslam təbliğatına mane olmaq hüququnun olmadığını demişdir.



Qeydə edək ki, bu anti-İslam təbliğat "Amerikanın azadlığı müdafiəsi" təşkilatı tərəfindən həyata keçirilir. Bu "islamofob" təşkilatın rəisi Pamela Gler adlı bir sionistdir ki, müsəlmanlar əleyhinə təbliğatlar aparmaqla məşğuldur.



3237929   

Teqlər: Anti ، İslam ، islamofob ، Nyu ، york ، amerika ، sionist
captcha