IQNA

Azərbaycanda dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir keçirilib

10:44 - May 03, 2015
Xəbər sayı: 3247240
Tehran(İQNA)_Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında "Dini radikalizm və islam dünyası" mövzusunda tədbir keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) Salamnews-a istinadən verdiyi xəbərə görə, DQİDK-dan verilən məlumata əsasən, Komitənin sədr müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək, dini radikalizmi doğuran səbəblərdən, islam dünyasında baş verən proseslərdən danışıb.

Gündüz İsmayılov bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri islam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında məlumatı zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə, ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi əhəmiyyət verilməlidir.

Komitə sədrinin müavini ölkəmizin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq, dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

captcha