İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Yəmənin rəsmi xəbər agentliyi olan "səbə`net" xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə Yəmən müsəlman alimləri bəyaniyyə yayaraq vurğuladırlar: Səud rejimi Yəmənə hücum etməklə bütün həyati dəyərləri hədəfə alaraq bütün beynəlxalq əsas qanunları, öhdəçilikləri və bütün səmavi dinlərin gətirdiyi İlahi təlimləri, qanunları və insani dəyərləri ayaq altına aldılar.
Bu bəyaniyyənin davamında Yəmən xalqının faciəli və acınacaqlı vəziyyətinə işarə olunaraq deyilir: Yəmən vəhşi hücum, təcavüz, qətliam, soyrıqım, viranlıq, aclıq, hərtərəfli hərbi və iqtisadi mühasirəyə məruz qalmışdır. Biz bütün müsəlmanlardan, xüsusilə də Yəmənə hücum etməkdə Ərəbistanla həmkarlıq edən dövlətlərin vətəndaşlarından istəyirik ki, öz dövlətlərinə və Ərəbistana bu hücumlara görə etiraz edərək onlara bu müharibəni dayandırmaqda təsir və təzyiq göstərsinlər. Həmçinin Yəmən xalqından da xahiş edirik ki, bu təcavüzlə mübarizədə bir və müttəhid olsunlar, bir cəbhədə dayansınlar.
Bu xəbərə görə Yəmənin Mədəniyyət Naziri BMT, UNESCO və digər mədəni irsləri və insani dəyərləri qoruyan beynəlxalq təşkilatlardan istəyib ki, Yəmənə təcavüzü dayandırmaq üçün ciddi addımlar atsınlar.