İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Cenubnews.com-a istinadən xəbər verir ki, Ayətullah Nuri Həmədani, Şeyx Nimrə verilən edam qərarının ədalətsiz, qəddarlıq olduğunu bildirərək, Ərəbistanının bu cəhdi ölkədə azadlığa maneə törədməkdir deyə vurğulayıb və İran millətinin bu vəziyyət qarşısında səssiz qalmayacağını və bu insanlıqdan xaric olan işi bütün dünyaya izah edəcəyini söyləyib.
Ayətullah Həmədani, Yəmən və Bəhreyndə Səudiyyə rejiminə bağlı tekfirci qrupların və onların cinayətlərinin artmasına da işarə edib. Ərəbistan neft və qaz pulu ilə İŞİD və tekfirci qrupları İraq və Suriyada İslami hərəkatlara qarşı mübarizə etmək üçün meydana gətirdiyini söyləyib.
Ayətullah Həmədani, Yəmənin Ərəbistanının yeni idarəçilərinin yeri olduğunu amma Yəmən xalqının onlara qarşı mübarizəsi Səudiyyə rejimini çaşdırır və buna görə də Səudiyyənin nə bahasına olursa olsun Yəməni əldən çıxarmamağa çalışdığını bildirib.
Digər tərəfdən verilən son bir xəbərə görə, Ərəbistan xalqının qiyam edəcəyindən qorxan Səudiyyə rejimi Şeyx Nimrin edam qərarının icrasını təxirə salıb.
Qeyd edək ki, son günlərdə Ərəbistanının şərqində iştirak edən şiələrin yaşadığı bölgələrdə kütləvi qiyam olacağı bildirilmişdi.