İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "saphirnews" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) "besət" günü, peyğəmbərliyə məbus olunduğu və seçildiyi gün, münasibəti ilə Fransanın cənubunda Marsi şəhərində "Məkkə və Mədinədən Marsiyə qədər" devizi ilə sərgi düzənlənəcəkdir.
Sərgi sabah, may ayının 17-də Marsinin "İslah məscidi" və "Hamımız Peyğəmbərin (s) ətrafında birləşək" təşkilatının həmkarlığı ilə keçiriləcəkdir.
Qeyd edək ki, "Məkkə və Mədinədən Marsiyə qədər" devizi ilə keçirilən sərginin haşiyəsində "Peyğəmbərin (s) yaşayış tərzi" və "bu gün Onun haqqında necə danışmalıyıq" adlı konfranslar da keçiriləcəkdir.
Həmçinin keçən cüməaxşamı günü, May ayının 14-də Fransanın "Sulil" radiosunda professor Nurəddin Övsət "besət bayramı" ilə bağlı çıxış edib.