IQNA

Ayətullah Üzma Nasir Məkarim Şirazinin bir suala cavabı;

Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında hansı söhbətlər oldu?

23:37 - May 25, 2015
Xəbər sayı: 3307736
Dini maarif şöbəsi: Biz inanırıq ki, Peyğəmbərin (s) Merac gecəsi barədə insanlara danışqığından əlavə rəmzlər, işarələr, sirlər və sözlər də vardır ki, təkcə məbud ilə abid, aşiq ilə məşuq arasında olub bitmişdir.


İQNA: Şəbistan Xəbər Agentliyinin müqəddəs Qum şəhəri şöbəsinin verdiyi məlumata görə, Ayətullah Üzma Nasir Məkarim Şirazi müqəllidlərindən birinin "Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında hansı söhbətlər olub?" sualnı cavablandırıb.



Ayətullah Üzma Nasir Məkarim Şirazinin suala verdiyi cavabın mətninin xülasəsini təqdim edirik:



Hədis qaynaqlarında bu barədə çox uzun rəvayətlər nəql olunuşdur... Bu hədislərdə "merac"ın necə baş verməsi, tarixi barədə, bu səfər zamanı Peyğəmbərin (s) keçdiyi və gördüyü şəhərlər və s... barədə geniş məlumatlar vardır. Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında olan söhbət məhəbbət, eşq, irfan, təvəkkül, razılıq məqamı, Allahı insana yaxınlaşdıran əməllər, Allah yanında ən dəyərli və fəzilətli işlər kimi məsələlərlə başlayır, yetimlərə, zəiflərə, kasıblara əl tutmaq, axirət fikrində olmaq, zöhd, dünyadan və dünyapərəstlərdən uzaq durmaq kimi söhbətlərlə davam edir və sonra cənnət və cəhənnəmin və bu ikisinin əhlinin sifətlərindən söhbət açılır...



Məsələn "merac gecəsi" Peyğəmbər (s) Allahdan soruşur ki, - یا رَبِّ اَىُّ الاَعْمالِ أَفْضَلُ؟ - hansı əməl daha əfzəl və dəyərlidir?



Allah-Taala cavabında buyurur: "Mənim yanımda ən dəyərli əməl insanların mənə təvəkkül etməsi, Mənim verdiyimə razı olması, Mənim üçün bir-birlərini sevməsi, Mənim üçün insanlara qarşı mehriban və dost olmalarıdır. Bu cür insanları Mən də sevirəm və Mənim məhəbbətimin sərhəddi yoxdur!"



Hədisdən də göründüyü kimi varlıq aləmi "məhəbbət, eşq və dostluq" oxu üzərində fırlanır. Və Peyğəmbərlə (s) Allahın söhbəti də elə "məhəbbət"dən başlayır.



Bu hədis bir çox qaynaqlarda gəlmişdir. O cümlədən "Biharul-Ənvar", 77-ci cild, səhifə:20-də və Ayətullah Məkarim Şirazinin "Nümunə təfisiri", 22-ci cild, səhifə 516-da.



Xəbərin tam mətnini oxumaq üçün qarşıdakı rəqəmin üzərinə tıklayın: 460865    

Teqlər: merac ، məkraim ، peyğəmbər
captcha