IQNA

Ramazan ayında ən uzun və ən qısa oruc günü hansı ölkələrdə

9:22 - June 22, 2015
Xəbər sayı: 3317091
Tehran(İQNA)- Araşdırmalara görə, bu Ramazanda ən uzun oruc günü İslandiyada ən qısası isə Argentinada olacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İnterAz- a istinadla verdiyi xəbərə görə, mütəxəssislər, bu il ən uzun oruc gününün 21 saat 50 dəqiqə müddətində, təqribən min nəfər müsəlmanın yaşadığı İslandiyada olacağını deyirlər. Ən qısa oruc günü isə Argentinada 9 saat müddətində olacaq.
Ölkələrdə oruc gününün uzun olmasını nəzərə alaraq az bir qisimdə islam alimləri orucun Məkkə vaxtı ilə tutulmasını təklif ediblər.

Ən uzun oruc günlərinin olduğu ölkələr

1- İslandiya:   21 saat 50 dəq
2- Norveç   :   20 saat
3- Rusiya    :   19 saat
4- Belçika    :  18 saat

Ən qısa oruc günlərinin olduğu ölkələr

1- Argentina 9 saat
2- Avstraliya 10 saat
3- Cənubi-Afrika 10 saat 30 dəq
4- Brazilya 11 saat

Teqlər: Ənqısa ، ، ənuzun ، oruc ، günleri
captcha