IQNA

Ramazan ayının 20-də Əlcəzayir beynəlxalq Quran yarışları başlayır

11:22 - June 29, 2015
Xəbər sayı: 3320905
Beynəlxalq şöbə: Əlcəzayirin Quran-Kərimin hifz, təfsir və təcvid üzərə beynəlxalq Quran yarışlarının 12-ci turu mübarək Ramazan ayının 20-də bu ölkənin paytaxtı olan "Əlcəzayir" şəhərində öz işinə başlayacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fananews.com" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Əlcəzayirin Quran-Kərimin hifz, təfsir və təcvid üzərə beynəlxalq Quran yarışlarının 12-ci turu Əlcəzayirin Dini İşlər və Vəqflər İdarəsinin təşəbbüsü və 66 ölkənin iştirakı mübarək Ramazan ayının 20-dən 26-dək bu ölkənin paytaxtı olan "Əlcəzayir" şəhərində öz işinə başlayacaqdır.



Bu turun yarışlarında müsəlmanların azlıq təşkil etdiyi bəzi qeyri-müsəlman ölkələrinə, o cümlədən Rusiya, Kanada, Hindistan və Filippinə də yarışlarda iştirak etmək üçün dəvətnamə göndərilib.



Ərəbistanın "Təbliğat, İslami İşlər və Vəqflər Nazirliyi" Əhməd bin Əli Əs-Südeysi – Mədinə şəhərinin Quran Elmləri Universitetinin müdiri, bu yarışlarda hakimlər heyətində iştirak etmək üçün Əlcəzayirə ezam edəcəkdir.



3320109   

Teqlər: quran ، 12 ، ci tur ، yarış ، əlcəzayir
captcha