Beynəlxalq Quran Xəbər Atgentliyi (IQNA) İslam.az-a istinadla xəbər verir ki, beş ildir nümayəndəlik statusunda və Küveyt Türk Bank AG adı altında Mannheim şəhərində fəaliyyət göstərən təşkilat, bir müddət əvvəl tam bank fəaliyyəti üçün lisenziya alıb və ilk şöbəsini Berlində açıb.
Mərkəzi İstanbulda olan bankın "banklar şəhəri" kimi tanınan Frankfurtda, həmçinin Almaniyadan sonra digər Avropa ölkələrində də filialların açılması planlaşdırılır.