IQNA

"Əl-Əzhər" şeyxi:

Şiələri təkfir etmək Quran və sünnəyə ziddir

10:48 - August 08, 2015
Xəbər sayı: 3339940
Tehran(İQNA)- Şeyx Əhməd Tayyib Əhli-beyt (ə) davamçılarının təkfir edilməsinin Quran və sünnəyə zidd olduğunu açıqlayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nin İslamazeri.az- a istinadən verdiyi xəbərə görə, Şeyx Əhməd Tayyib bu barədə belə deyib: “Bəzi peyk kanallarında şiələri təkfir edənlər bilməlidirlər ki, bu addım məntiqsiz, Quran və sünnəyə əsasən isə əsassızdır.

Biz şiələrin arxasında namaz qılırıq. Şayiələrdə deyildiyi kimi onlar fərqli Qurana sahib deyillər. Şiə-sünni arasında ixtilaflar onlardan birinin islamdan çıxması qədər deyil. Bu barədə gördüyümüz bəzi ixtilaflardan siyasi maraqlara görə istifadə edilir.

İraqa səfər edərkən Nəcəfi mütləq ziyarət edəcəyəm. "Əl-Əzhər"in ilkin vəzifəsi müxtəlif ictihadların olması ilə yanaşı islam ümmətinin vəhdətini qoruyub saxlamaqdır. Mən dünyanın hər nöqtəsinə, o cümlədən Nəcəfə səfər etməyə hazıram. Çünki özümü həm şiə, həm də sünnilər üçün bir ata bilirəm. Vəhdət bu günün zəruri məsələlərindəndir ki, o olmadan başımızı qaldıra bilmərik”.

Teqlər: əl ، əzhər ، müsəlman ، vəhdət
captcha