İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR – nın Qırğızıstandakı Mədəniyyət İdarəsinə istinadən verdiyi xəbərə görə, Teymur Sariyev - Qırğızıstanın baş naziri, bir çıxışı zamanı İslam əleyhinə olmadığını, bəlkə bu millətin milli kimliyini qorumaq istədiyini elan edərək dedi:
“Bəzi fərdlər və qrumlar İslam adına danışaraq istəyirlər ki, bu millətin düşüncə, ədəb-ərkan, adət-ənənə və ürfünü dəyişərək özgə və yad bir geyimi insanlara yükləsinlər”.
O, cahillik ucbatıdan dini qruplaşmalara qoşulan cavanlar barədə nigəran olduğunu bildirərək dedi: Ölkənin baş nazirliyi Qırğızıstan alim və ruhanilərindən istəyir ki, İslami dəyərləri qorumaq üçün insanları radikalizmin təhlükələri barədə maarifləndirsinlər.
Sarıyev əlavə etdi: Qırğızların milli geyimləri həmişə bu xalqın qədim milli adətlərinin mühüm bir hissəsi olmuşdur. Bu geyim tərzi qırğızların yaşadığı yerlərin ab-havasına və məkanına uyğun olaraq seçilmişdir.
Baş nazir açıqladı: Bişkekin mərkəzində baş verən son hadisələr səbəb oldu ki, ölkənin təhlükəsizliyini qorumaq, terrorizm və radikalçılıq ilə mübarizə üçün yeni təhlükəsizlik tədbirləri görülsün.
O sonda dedi: Məzhəbçilik və bu yöndə radikalizmin inkişaf etməsi Qırğızıstan millətinin milli kimliyini təhdid edir və buna görə də ölkənin bütün məsulları bu hadisə ilə mübarizə aparmalıdırlar və buna görə məsuliyyət daşıyırlar.