IQNA

2014-cü ildə 100 mindən çox müsəlman öldürülmüşdür

18:53 - August 18, 2015
Xəbər sayı: 3345831
Beynəlxalq qrup: Keçən miladi ilində, 2014 – cü il, müsəlman ölkələrində və dünyanın müxtəlif yerlərində qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqlarla iqrçilər arasında baş verən hadisə, böhran, çəkişçə və döyüşlərdə öldürülən müsəlmanların sayı 108 min nəfərdən çox oldu.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “İİNA” – nın (Beynəlxalq İslam Xəbər Agentliyi) informasiya portalına istinadən verdiyi xəbərə görə, son yeni bir hesabatda deyilir ki, keçən miladi ilində (2014 – cü il) müsəlman ölkələrində və dünyanın müxtəlif yerlərində, qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqlarla iqrçilər arasında baş verən hadisə, böhran, çəkişçə və döyüşlərdə öldürülən müsəlmanların sayı 108 min nəfərdən çox olub. Hesabatda deyilir ki, keçən ildə didərgin və qaçqın düşmüş müsəlmanarın sayı isə 17 milyonu keçmişdir.



İslami Yoldaşlıq Təşkilatının humanitar işlər üzrə idarəsinin hazırladığı bu hesabatda deyilir ki, 2014-cü miladi ilində dünyanın müsəlmanlar yaşayan 27 ölkəsində 45 ictimai böhran və acı hadisə baş vermişdir ki, müsəlman azlıqlarının əziyyət çəkdiyi bu böhranlar Mərkəzi Afrika və Miyanmarda hələ də davam edir. Müsəlmanların vəziyyəti Suriya, İraq, Yəmən, Liviya, Sumali, Çad və sair ölkələrdə siyasi böhranlar üzündən çox çətin və ağır haldadır.



Hesabatda yazılır ki, keçən il dünyanın müxtəlif ölkələrində,  o cümlədən Mərkəzi Afrika və Miyanmarda, müsəlmanlara qarşı 16 savaş qeydə alınmışdır ki, bu savaşlar 102 min nəfər müsəlmanın öldürülməsi ilə nəticələnmişdir. Suriyada 67 min nəfər, İraqda 15 min nəfərdən çox, Negeriyada 8 min nəfərdən çox, Fələstində 2 min nəfərdən çox və Əfqanıstanda 4 min nəfərdən çox müsəlman öldürülmüşdür.  



Həmçinin təbii hadisələr nəticəsində dünyanın 19 ölkəsində 6 min nəfər həlak olmuşdur.  


Teqlər: iran ، f'ələstin ، suriya ، sumali ، çad
captcha